“Qərb Ukraynaya Rusiya ilə razılığa gəlməyi ötən ilin martında qadağan edib”– LAVROV

“Qərb ölkələri Ukraynaya təkbaşına hər hansı qərar qəbul etmək imkanı vermir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, bir sıra məsələlər Kiyev hakimiyyətinin birbaşa iştirakı olmadan həll olunur: “Qərb deyir ki, Ukrayna haqqında Kiyevsiz bir kəlmə belə, danışa bilməzlər. Əslində isə Ukrayna üçün qərarları Qərb qəbul edir”.

Lavrov əlavə edib ki, Qərb ölkələri ötən il martın sonunda Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiya ilə razılığa gəlməyi qadağan edib.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Kiyevə yeni yardım paketini elan edəcək

Sonrakı məqalə

Paşinyan Vardanyanın Qarabağı tərk etməsini tələb edir –