“Qərb vətəndaş müharibəsi gözləyirdi, amma görməyəcəklər…”- ZAXAROVA

“Vaqner”in qiyam cəhdindən sonra Qərb Rusiyada vətəndaş müharibəsinin olacağını gözləyirsə, hələ çox gözləyər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qərb siyasətçiləri və mediası hər zaman Rusiyada daxili münaqişəyə ümid edir. Amma çox gözləyərlər. Həmişə istəyiblər, həmişə gözləyiblər, amma görməyəcəklər. Qoy, hamı əmin olsun ki, bu baş verməyəcək”, – Zaxarova qeyd edib.

XİN rəsmisinin sözlərinə görə, ruslar və bütövlükdə dünyadakı insanlar hadisələri fərqli qəbul edir: “Hər bir insanın öz fikri var, fikir ayrılıqları qaçılmazdır. Məsələn, Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi məsələsində müxtəlif mövqelər var. Baxmayaraq ki, vətəndaşların əksəriyyəti bunu dəstəkləyir”.

Zaxarova rus xalqını əcdadlarının onlara ötürdüyü vəhdəti xatırlamağa çağırıb. Onun fikrincə, bu, xarici təhlükələrə qarşı durmağın yeganə yoludur: “Böyük Vətən Müharibəsi illərində Rusiyanın müdafiəsinə məhz bu kömək olub”.

Azpost.info

Əvvəlki məqalə

Qobustan Dövlət Qoruğunun ərazisində insan meyiti tapılıb

Sonrakı məqalə

Züqanovun nəvəsi Moskva meri olmaq istəyir