Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Qərbi Azərbaycan İcması İsveçrənin bir qrup deputatının ölkəmizə qarşı təxribatına etiraz edib

Orkhan Ali 20 Sentyabr 2024 - 16:15 (Last updated: 21 May 2025 - 20:15)
ermneni icma

Qərbi Azərbaycan İcması Erix Fontobel başda olmaqla İsveçrə Federal Məclisinin bir qrup deputatının bu ölkənin hökumətinə 2024-cü il sentyabrın 19-da göndərdikləri, məzmunca Azərbaycana qarşı qərəzli və təxribat xarakterli iddiaları ehtiva edən sorğusunu qınayıb.

İcma qərəzli hərəkətlə bağlı bəyanat yayıb. Bəyanatda daha sonra deyilir:

“Həmin təşəbbüsdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirilir. Xüsusilə, ermənipərəst mövqedə dayanan, korrupsiyaya batmış Luis Moreno Okamponun qərəzli hesabatlarına istinad edilməsi, sorğunun əsl mahiyyətini üzə çıxarır.

İsveçrəli deputatlar heç vaxt Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərə, o cümlədən öz ərazisindən yüz minlərlə azərbaycanlını qovmasına, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayaraq əlavə 800 minə yaxın azərbaycanlını öz doğma torpaqlarından didərgin salmasına və onların geri qayıtmaq hüququnu pozmasına dair narahatlıqlarını ifadə etməyiblər. Azərbaycanlıların hüquqlarının kobud şəkildə pozulmasına və Ermənistanda, eləcə də vaxtilə işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinin məqsədyönlü şəkildə dağıdılmasına qarşı susqunluq nümayiş etdirmək, İsveçrə parlamentarilərinin qərəzli mövqeyini açıq-aydın göstərir.

İsveçrəli deputatların təhrif edilmiş məlumatlara əsaslanan bu təşəbbüsü regionda sülh və sabitliyə zərbə vurur, etnik qarşıdurmaların qızışdırılmasına xidmət edir. Biz Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, eləcə də sülhə qarşı yönəlmiş, irqi ayrı-seçkiliyə yol verən bu cür təşəbbüsləri qətiyyətlə pisləyirik.

Biz, Qərbi Azərbaycan İcması olaraq, İsveçrə Federal Məclisinin üzvlərini qərəzli və ədalətsiz təşəbbüslərdən imtina etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına geri qayıtmaq hüququnu tanımağa və bu məsələdə beynəlxalq hüququn tələblərinə uyğun hərəkət etməyə çağırırıq”.

Post navigation

Previous: Sabah günün birinci yarısında yağış yağacaq, leysan olacaq
Next: Şuşada qalıqları tapılan şəhid 32 ildən sonra Gədəbəydə dəfn edildi

Oxşar xəbərlər

mehriban aliyeva
  • Siyasət

Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı ilə bağlı paylaşım edib

User 29 Oktyabr 2026 - 09:31
ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
ilham isesko
  • Siyasət

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

User 27 Oktyabr 2026 - 14:07

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.