“Qərbin müasir silahlarının Kiyevə tədarükü Rusiyanın xüsusi əməliyyatının gedişatına təsir etməyəcək. Əməliyyat öz məqsədlərinə çatacaq”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Ukraynanı ən müasir silahlarla doldurulmağa davam edirlər. Belə tədarüklər Ukraynaya daha çox əzab gətirəcək. Mən hələ bu silahlardan ərazimizdəki hədəflərə qarşı istifadə etməyə çalışdıqları zaman yarana biləcək arzuolunmaz ssenarilər haqqında danışmaq istəmirəm”, – Peskov deyib.
Azpost.info