Qətər əmiri Təmim ibn Həməd Al Tani Rusiya rəhbərliyinin 24 iyun hadisələri ilə bağlı hərəkətlərini dəstəklədiyini bildirib.
Azpost.info xəbər verir ki, əmir bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı bəyan edib.
Buna cavab olaraq Putin Qətər əmirini taxta çıxmasının 10 illiyi, eləcə də qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib.
Rusiya prezidenti həmçinin ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, onun daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildirib.
Azpost.info