Azərbaycan yığması Qətərə də uduzdu

YENİLƏNİB
27 Mart 2021 - 23:00

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Bu, Canni de Byazinin yetirmələrinin 2021-ci ildə ikinci matçı olub. Üç gün öncə dünya çempionatının seçmə oyununda Portuqaliyaya 0:1 hesabı ilə uduzan millimiz yoxlama xarakterli ilk görüşünə Macarıstanda çıxıb.

Matçın 16-cı dəqiqəsində Ramil Şeydayevin penalti zərbəsi ilə hesabı açan yığmamız 6 oyunluq qol həsrətinə son qoyub. Bu, forvardın yığmada 6-cı qolu olub. Lakin Kiprlə ötən ilin sentyabrındakı matçdan (1:0) 200 gün sonra rəqib qapısına yol tapan millimiz qələbəsizliyə son qoya bilməyib.

İkinci hissənin əvvəlində 4 dəqiqəyə iki top buraxan millimiz Asiya təmsilçisinə də uduzub. Bunadək Qətərlə keçirdiyi qarşılaşmalarda uduzmayan milli bu rəqibə də məğlub olub.

Qeyd edək ki, yığmamız üç gündən sonra DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaq. Oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Yoldaşlıq oyunu
27 mart
21:00. Qətər – Azərbaycan – 2:1
Qollar: 
Hassan al-Haydos, 55 (pen.), 58 – Ramil Şeydayev, 16 (pen.)
Baş hakim: İvan Kruzliak (Slovakiya)

**

Macarıstanın Debretsen şəhərindəki “Nadyerdeyi” stadionunda beynəlxalq yoldaşlıq görüşü çərçivəsində keçirilən Azərbaycan – Qətər oyunu başlayıb.

Baş məşqçi Canni De Byazinin Qətər ilə oyuna start heyətdə Emil Balayev, Şəhriyar Əliyev, Bəhlul Mustafazadə, Sertan Taşqın, Tellur Mütəllimov, Təmkin Xəlilzadə, Aleksey İsayev, İsmayıl İbrahimli, 7. Anatoli Nuriyev, Mahir Emreli və Ramil Şeydayevə yer verib.

Qətər yığmasının start heyətində isə Saad Əl-Şib, Pedro Migel, Əhməd Elamin, Bualem Xuxi, Basam El Ravi, Əhməd Allaeldin, Assim Madibo, Abdulsalam, Məhəmməd Vaad, Al Haydos və Almoez Ali yer alıblar.

Görüşün əsas referisi İvan Krujlyakdı. Ona yan xətt hakimləri Tomaş Somolani və Branislav Hantsko kömək edirlər. Dördüncü hakim funksiyasını isə Peter Kraloviç yerinə yetirir.

Qeyd edək ki, UEFA Qətər yığmasını Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyır.

Azərbaycan yığması bu komanda ilə üçüncü dəfə qarşılaşır. 2013-cü ildəki ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 2017-ci ildə isə milli rəqibini məğlub edib – 2:1.

Azərbaycan yığması seçmə mərhələdəki ilk görüşündə İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətər isə Lüksemburqu eyni hesabla yenib.

**

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız yoldaşlıq oyununda Qətərlə üz-üzə gələcək.

Macarıstanın Debretsen şəhərində baş tutacaq qarşılaşma öncəsi hər iki komandanın heyəti açıqlanıb. Millimizin baş məşqçisi Canni de Byazi və onun həmkarı Feliks Sançes start heyəti və ehtiyat oyunçuları müəyyənləşdirib.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Yoldaşlıq oyunu
27 mart
21:00. Qətər – Azərbaycan
Baş hakim: 
İvan Kruzliak (Slovakiya)

Qətər: 1. Saad Əl-Şib, 2. Pedro Migel, 4. Məhəmməd Vaad, 7. Ahmed Alaeldin, 10. Hassan al-Haydos (k), 15. Bassam Əl-Ravi, 16. Bualem Xuxi, 18. Elamin, 19. Almoez Əli, 20. Abdulsalam, 23. Assim Madibo
Ehtiyat oyunçular: 21. Mahmud Abunada, 22. Salah Zakaria, 3. Abdelkarim Hassan, 5. Tarek Salman, 6. Abdulaziz Hatem, 8. Tamim Əl-Muhaza, 9. Fodahyil, 10. Musab Xeder, 11. Məhəmməd Muntari, 12. Karim Budiaf, 14. Salem Əl-Hacri, 17. İsmayıl Məhəmməd
Baş məşqçi: Feliks Sançes
Azərbaycan: 1. Emil Balayev (k), 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Şəhriyar Əliyev, 7. Anatoli Nuriyev, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 16. Aleksey İsayev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 22. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 12. Şahrudin Məhəmmədəliyev, 3. Amin Seeydiyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Amil Yunanov, 13. Abbas Hüseynov, 14. Xəyal Nəcəfov, 15. Toral Bayramov, 17. Elvin Cəfərquliyev, 18. Rəhim Sadıxov, 21. Namik Ələskərov
Baş məşqçi: Canni de Byazi
Debretsen (Macarıstan). “Nagyerde” stadionu