Oktyabrın 16-da səhər saatlarında Qəzza sektoru ilə Misir sərhədində yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsi fəaliyyətini bərpa edib.
Əl-Ərəbiyyə telekanalı xəbər verir ki, nəzarət-buraxılış məntəqəsi yalnız axşama qədər açıq olacaq.
Həmçinin İsrail Qəzza sektoruna humanitar yardım çatdırılması üçün bu gün yerli vaxtla saat 9:00-dan 14:00-dək atəşkəs rejimi elan edəcək və xarici ölkə vətəndaşlarının anklavı tərk etməsinə şərait yaradacaq.