Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qəzzadan olan 14 fələstinli tələbə oxumaq üçün Azərbaycana gətirilib

User 19 Sentyabr 2025 - 15:45 (Last updated: 19 Sentyabr 2025 - 15:45)
qezza telebe

Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.

XİN-dən verilən xəbərə görə, Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.

Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.

 

Ölkəmizə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.

 

Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6 nəfəri isə cari ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına qəbul olunub.

 

Davam edən hərbi əməliyyatlar və bölgədəki qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin ölkəmizə gəlişini mümkünsüz edib. Bu baxımdan, tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin may ayından etibarən tələbələrin ölkəmizə gətirilməsi istiqamətində iş aparıb. Tələbələr quru yolu ilə Qəzzadan çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya uçuşları təşkil olunub.

AzPost.az

Post navigation

Previous: Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıya gəlir
Next: Qarabağ Komitəsi buraxıldı, Pənah Hüseyn açıqlama yaydı

Oxşar xəbərlər

Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16

xƏBƏR

jurnalist doy
  • Media

Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO

User 01 Noyabr 2026 - 11:32
APA TV-nin əməkdaşı Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən hücuma məruz...
Read more about Bakıda APA TV -nin əməkdaşı döyülüb – VİDEO
Tramp və Netanyahu arasında telefon danışığı olub tramp netanyahu
  • Dünya

Tramp və Netanyahu arasında telefon danışığı olub

User 01 Noyabr 2026 - 11:00
ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.