Qəzzafinin oğlu Liviya prezidentliyinə namizədliyini irəli sürüb

14 Noyabr 2021 - 18:10

Liviyanın sabiq rəhbəri Müəmmər Qəzzafinin oğlu Seyfəlislam prezidentliyə namizədliyini irəli sürüb. 

Azpost.info bildirir ki, o seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib. Bu barədə “əl-Marsad” nəşri məlumat yayıb. Qəzetin yaydığı xəbərə görə, S.Qəzzafinin sənədləri Liviyanın cənubi-qərbində yerləşən Sabha şəhərindəki seçki komissiyasına təqdim olunub.

2020-ci ilin yazında 49 yaşlı Seyfəlislam Qəzzafinin nümayəndələri onun namizədliyini irəli sürəcəyini bəyan etmişdilər.

2011-ci ildə Qəzzafi devrildikdən sonra Seyfəlislam əsir düşmüşdü. O, 2017-ci ilin iyuluna qədər Liviya həbsxanasında saxlanılıb.
Prezident seçkiləri dekabrda keçiriləcək.