Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

“QəpiyəQəpik” şirkəti müştərini aldadıb?

Orkhan Ali 10 İyun 2025 - 10:01 (Last updated: 10 İyun 2025 - 08:35)
QəpiyəQəpik

QəpiyəQəpik

Azərbaycanda avtomobil sifarişi ilə bağlı daha bir narazılıq gündəmə gəlib. AzPost xəbər verir ki, Eldəniz Məmmədli adlı vətəndaş sosial şəbəkə hesabında “QəpiyəQəpik” şirkətindən şikayət edib.

Onun sözlərinə görə, şirkətin Emil adlı əməkdaşı ilə ofisdə görüşərək, xaricdən avtomobil sifarişi barədə razılığa gəliblər. Eldəniz Məmmədli bildirib ki, ona seçdiyi avtomobilin bütün xərclər daxil olmaqla, 21.000 AZN-ə gömrüyə qədər gətiriləcəyi və maşında heç bir texniki problem olmadığı deyilib. Hətta avtomobilin işlək və xodlanan vəziyyətdə olduğu da qeyd olunub.

Sifariş zamanı müştəridən 2380 AZN beh alınıb. Lakin iş bununla yekunlaşmayıb. 4-5 ay sonra avtomobil gəlib çatanda, ümumi məbləğ 22.800 AZN olub və əlavə 300-400 AZN xərclər də ortaya çıxıb. Üstəlik, avtomobilin motorunda problem aşkar edilib və maşının xodlanmadığı məlum olub.

Eldəniz Məmmədli bildirib ki, sifariş prosesindən sonra “QəpiyəQəpik” əməkdaşı Emil dəfələrlə zənglərə cavab verməyib, sorğulara gec cavab verib və düzgün məlumat təqdim etməyib. “Beh kimi verdiyim 2380 AZN sonradan xidmət haqqı kimi hesablanıb. İlk dəfə maşın alırdığım üçün bu cür aldatmaya tuş gəldim”, – deyə vətəndaş əlavə edib.

O, digər vətəndaşlara da bu şirkətə etibar etməməyi tövsiyə edib: “Heç bir vicdan sahibi bu qiymətə xidmət haqqı almaz və xarab maşını başqasına aldırmaz.”

“QəpiyəQəpik” şirkəti məsələ ilə bağlı açıqlama verməyib. Qarşı tərəfin də mövqeyi olduğu halda xəbər yenilənəcək.

AzPost.az

Post navigation

Previous: “İnsan alveri ilə mübarizədə yeni çağırışlar” layihəsinə start verildi
Next: Avtobus sürücüsü ilə sərnişin arasında gərginlik

Oxşar xəbərlər

sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27

xƏBƏR

lenin02
  • Baş Yazı

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

User 17 Noyabr 2026 - 00:06
Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan...
Read more about Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb hikmet qrono
  • Siyasət

Hikmət Hacıyev Avropa İttifaqının xüsusi nümayəndəsi ilə görüşüb

User 17 Noyabr 2026 - 00:04
Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma usutme
  • Maraqlı

Yaşlı insanlar niyə daha çox üşüyür? – araşdırma

User 16 Noyabr 2026 - 23:51
Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır zelenski
  • Dünya

Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır

User 16 Noyabr 2026 - 23:33
ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi abs ordu
  • Dünya

ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

User 16 Noyabr 2026 - 23:23
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.