“Qərb Ərdoğana minnətdar olmalıdır”- HULUSİ AKAR

“Türkiyə rəhbərliyi Rusiya ilə tamhüquqlu dialoq aparmaq imkanını saxlamalı və Moskva ilə Kiyev arasında vasitəçi rolunu oynamalıdır”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Financial Times”a müsahibəsində deyib.

“Kimsə Rusiya ilə danışmalıdır. Dialoq olmasa, çıxılmaz vəziyyətə düşəcəyik. Əslində Qərbdən prezidentimiz Rəcəb Tayyib Ərdoğana minnətdarlıq gözləməliyik”, – Akar bildirib.

Onun sözlərinə görə, son bir il ərzində Ərdoğan tez-tez Rusiya ilə Ukrayna arasında vasitəçi kimi çıxış edib: “Ukrayna lideri Vladimir Zelenski ilə danışdıqdan qısa müddət sonra Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlayıb, Kiyevdən Moskvaya mesajlar ötürüb”.

Akar onu da qeyd edib ki, Türkiyənin köməyi ilə Ukrayna limanlarından taxıl ixracı ilə bağlı bağlanan müqavilə Rusiya ilə Ukrayna arasında sülh razılaşmasının əldə olunması üçün model ola bilər. Nazir münaqişə tərəfləri arasında humanitar barışığın zəruriliyi ilə bağlı çağırış edib.

Azpost.info

 

Əvvəlki məqalə

Mübariz Qurbanlı özünə yeni köməkçi təyin edib-

Sonrakı məqalə

Maliyyə Nazirliyindən QHT-lərlə bağlı