“Qərb üçün öldürmək daha vacibdir”- Rusiya XİN NATO Baş katibinə cavab verdi

“Qərb üçün öldürmək qorumaqdan daha vacibdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram kanalında yazıb.

XİN rəsmisi NATO Baş katibi Yens Stoltenberqin Kiyevə silah tədarükünün Ukraynanln təhlükəsizliyinin təminatlarından daha vacib olduğu barədə bəyanatını belə şərh edib.

Stoltenberq bildirib ki, NATO ölkələri Ukrayna ordusunu mümkün qədər tez lazımi silahlarla təchiz etməlidir. Onun fikrincə, bu, Kiyevə təhlükəsizlik zəmanəti verməkdən daha vacibdir.

Azpost.info

Əvvəlki məqalə

Tələbə krediti alanların sayı açıqlanıb

Sonrakı məqalə

Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini sərhəddə görüşdü