“Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması balanslaşdırılmış deyil” –RUSİYA XİN-dən AÇIQLAMA

Rusiya sülh müqaviləsi ilə bağlı hərtərəfli təklifləri Azərbaycan və Ermənistana təhvil verib.
Azpost.info bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya tərəflər arasında münasibətlərin normallaşmasına, o cümlədən sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir:
“Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya təqdim olunub. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Xüsusilə sentyabrda belə səfərlər olub”.
Zaxarova qeyd edib ki, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması tam balanslaşdırılmış deyil. Bəzi qərb vasitəçilərini isə ümumiyyətlə sülh üzrə vasitəçi adlandırmaq olmaz.
“Rusiya vəziyyətin kəskin pozulmasına səbəb ola biləcək geosiyasi oyunlara qarşıdır”, – deyə Zaxarova əlavə edib.
Mənbə: sputnikaz
Əvvəlki məqalə

Məktəb direktorunun şəhidləri yad etmək üçün niyə ayağa qalxmaması araşdırılır –

Sonrakı məqalə

“Onlarsız da keçinərik”