Məktəb direktorunun şəhidləri yad etmək üçün niyə ayağa qalxmaması araşdırılır –VİDEO

Sosial şəbəkədə 161 saylı orta məktəbin direktorunun tədbirdə şəhidlərin ruhunu yad etmək üçün 1 dəqiqəlik sükut zamanı ayağa qalxmaması ilə bağlı video yayılıb.

Məsələ ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, paytaxtdakı 161 nömrəli tam orta məktəbdəki tədbirdə şəhidlərin xatirəsi anılan zaman direktor və yanında əyləşən şəxslərin ayağa qalxmaması ilə əlaqədar yayılan videogörüntülərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Əvvəlki məqalə

Praqada “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısı başlayıb

Sonrakı məqalə

“Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması balanslaşdırılmış deyil” –