“Rusiya təhlükəsizlik məsələlərində Qərblə dialoq aparmağa hazır idi”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı bildirib.
Putin qeyd edib ki, 2021-ci ilin dekabrında Rusiya Qərb ölkələrinə təhlükəsizlik zəmanətləri ilə bağlı saziş layihələri göndərib və rədd cavabı alıb: “O zaman məlum oldu ki, aqressiv planların həyata keçirilməsinə icazə verilib. 2022-ci ilin fevralına kimi məlum oldu ki, Donbasda cəza aksiyası üçün hər şey hazırdır”.
Putin bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərini və mümkün olan hər şeyi edib: “Lakin bizim arxamızdan tamamilə fərqli ssenari hazırlanırdı”.
Azpost.info
