Qətlə yetirilən gənc məşhur “Lalələr” mahnısını yazan bəstəkarın nəvəsidir –FOTO

23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl  Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırdı.

 Azpost.info bildirir ki, Modern.az saytı qətlə yetirilən tələbənin ailəsi barədə məlumat əldə edib.

Belə ki,  Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır. Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir.

82 yaşlı Telman Hacıyevin hazırda sağ olduğu və Bakıda yaşadığı məlumdur.

Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir. Məlumata görə, qətlə yetirilən gəncin tanışı olub. Qatilin Ukraynadan qaçmağa imkan tapdığı qeyd olunur. Onun ad-soyadı hələ açıqlanmayıb.

Hadisə ilə bağlı Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadov Modern.aza eksklüziv açıqlamasında bildirib ki, qətllə bağlı bir neçə gün öncə məlumatlı olub:

“Bununla əlaqədar həm yerli hüquq-mühafizə orqanları, həm də Azərbaycan Diasporla İş Üzrə Dövlət Komitəsi ilə əlaqə yaratdıq. Ukraynadakı Azərbaycan diasporu olaraq gənc soydaşımızın qətli bizi üzdü”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nobel Sülh Mükafatının qalibi açıqlandı –

Sonrakı məqalə

Azərbaycan Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə bağlı bəyanat verdi