Plenary session - Statement by the candidate for President of the Commission
“Ukraynalı qaçqınları qəbul etmiş ölkələr onların müharibə başa çatdıqdan dərhal sonra evlərinə qayıda bilməyəcəklərinə hazır olmalıdırlar”.
Azpost.info xəbər verir ki, bunu Avropa Komissiyasının sədr müavini Dubravka Şuytsa deyib.
“Düşünürəm ki, biz buna hazır olmalıyıq. Əsas problem odur ki, bu ailələr müharibə bitən kimi evlərinə gedəcəklərini düşünürlər. Halbuku dərhal gedə bilməyəcəklər. Onların məktəbləri dağıdıldı, evləri dağıdıldı, iş yerləri itirildi. Bunu açıq deməliyəm. Mən özüm keçmiş Yuqoslaviyada Xorvatiya müharibəsini yaşamışam”.
Komissiya rəsmisinin sözlərinə görə, qaçqınları qəbul edən ölkələr müəyyən çətinliklərə dözmək məcburiyyətindədir: “Çətinliklərə baxmayaraq, avropalıların kömək etdikləri şəxslərlə həmrəylik nümayiş etdirmələri vacibdir. Biz həmrəyliyi daha yaxşı ifadə etməliyik”.
O, qışın yaxınlaşması və Rusiyanın hücumlarının davam etməsi ilə Ukraynadan gələn qaçqınların sayının daha da artacağını proqnozlaşdırıb.
Şuytsa rus ordusunun qonşu dövlətə hərbi müdaxiləsini də şərh edib: “Onlar Ukraynada insanlara qarşı həqiqətən qəddardırlar və etdikləri qətiyyən yolverilməzdir”.
Azpost.info
