“Qadın kadrlar olmadan işləyə bilməyəcəyik!”- Xarici QHT-lər Əfqanıstandan "qaçır"

Üç xarici qeyri-hökumət təşkilatı ”Taliban”ın qadın kadrlara qadağası səbəbindən Əfqanıstanda fəaliyyətini dayandırıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Express Tribune” məlumat yayıb.

Məlumata görə, “Save the Children” beynəlxalq təşkilatı, Norveç Qaçqınlar Şurası və CARE İnternational “Taliban”ın qərarına görə proqramlarını dayandırdıqlarını açıqlayıb.

Xarici QHT-lər qadınların iştirakı olmadan milyonlarla insana yardım göstərə bilməyəcəklərini vurğulayıblar.

“Biz Əfqanıstanda təcili yardıma ehtiyacı olan uşaqlara, qadınlara və kişilərə qadın əməkdaşlarımızın iştirakı olmadan effektiv şəkildə kömək edə bilmərik”, – təşkilatlar bildiriblər.

Qeyd edək ki, “Taliban” bütün yerli və xarici qeyri-hökumət təşkilatlarına qadınları işdən uzaqlaşdırmağı əmr edib. Bir neçə gün əvvəl isə qadın müəllimlərin, həmçinin ibtidai sinif şagirdi, universitet tələbəsi olan qızların təhsil müəssisələrinə buraxılmasına qadağa qoyulmuşdu.

Azpost.info

 

Əvvəlki məqalə

Gələn il əmək pensiyalarının orta məbləği 423 manat təşkil edəcək –

Sonrakı məqalə

Audiovizual Şuradan TV-lərdə istinadsız xəbər verilməsinə münasibət