Audiovizual Şuradan TV-lərdə istinadsız xəbər verilməsinə münasibət

Audiovizual Şuranın sədri İsmət Səttarov televiziyalarda istinadsız xəbər verilməsi məsələsinə münasibət bilirib.

Şura sədri deyib ki, istinadlarla bağlı ən yaxşı yol telekanalların rəhbərliyinə bildiriş yazmaqdır.

“Reaksiya müsbət olsa, nə gözəl. Yoxdursa, məhkəməyə müraciət etmək olar. Məhkəməni udsanız, belə hallar olmayacaq. Biz bura üçüncü tərəf kimi cəlb oluna bilərik”, – o əlavə edib. (APA)

Əvvəlki məqalə

“Qadın kadrlar olmadan işləyə bilməyəcəyik!”

Sonrakı məqalə

Sabah hava necə olacaq?