Qadın qonaq getdiyi evdən 10 min manat oğurladı –Astarada

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qohumunun evindən pul və qızıl zinət əşyaları oğurlayan rayon sakini saxlanılıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Astara şəhər sakini T. Ağayev polisə müraciət edərək evindən 10000 manat pulun və 1160 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını bildirib. Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun zərərçəkmişin qohumu, rayonun Ərçivan qəsəbə sakini L.Əliyeva olduğu müəyyən edilib. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək maddi sübut kimi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Boris Conson koronavirusa yoluxduqdan sonra görmə qabiliyyətinin zəiflədiyini deyib

Sonrakı məqalə

Dünya koronavirusun ikinci pik həddi ilə qarşılaşa bilər –