Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Qafar Dəmirçi azadlığa buraxıldı –

User 19 Dekabr 2024 - 20:39 (Last updated: 21 May 2025 - 20:15)
qafar

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Dəmirçi 8 milyon manatlıq ziyanı tam ödəyib.

Belə ki, dəymiş ziyan tam ödənildiyi üçün Baş Prokurorluq qətimkan tədbirinin ləğvi üçün təqdimat verib. Nərimanov Rayon Məhkəməsi təqdimatı təmin edib. Qafar Dəmirçi və işçiləri sərbəst buraxılıblar.

Qeyd edək ki, “plazalar kralı” kimi tanınan Qafar Dəmirçi və şirkətinin işçiləri bir həftə əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilmişdi.

İttihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib.

Xatırladaq ki, daha əvvəl “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəmişdi.

Post navigation

Previous: Prezident Azərbaycanın D-8-ə üzv qəbul edilməsi ilə bağlı paylaşım edib
Next: Ərdoğan və İran prezidenti Qahirədə görüşüb

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.