“Qalatasaray” “Fənərbağça”nı məğlub etdi

06 Fevral 2021 - 22:43

Fevralın 6-da futbol üzrə Türkiyə çempionatının XXIV turunun birinci gün qarşılaşmasında İstanbul derbisi keçirilib.

“Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar “Fənərbağça”nı minimal hesabla məğlub ediblər. “Qalatasaray”ın yeganə qolunu Mustafa Məhəmməd vurub.

Beləliklə, İstanbul derbisini “Qalatasaray” qazanıb.

Günün digər matçında isə “Hatayspor” səfərdə “Kasımpaşa”nı 1:4 hesabı ilə darmadağın edib. “Alanyaspor” isə öz meydanında “Rizəspor”u 2:1 hesabı ilə üstələyib. Sonuncu çempion “Başakşəhər”də doğma divarlar arasında “Fatih Karagümrük”ə minimal hesabla uduzub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan “Fənərbağça”, üçüncü pillədə isə onunla 45 xal toplayan “Beşiktaş” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Gənclərbirliyi” istirahət edir.