“Qalatasaray” “Fənərbağça”nı məğlub etdi

Fevralın 6-da futbol üzrə Türkiyə çempionatının XXIV turunun birinci gün qarşılaşmasında İstanbul derbisi keçirilib.

“Fənərbağça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qonaqlar “Fənərbağça”nı minimal hesabla məğlub ediblər. “Qalatasaray”ın yeganə qolunu Mustafa Məhəmməd vurub.

Beləliklə, İstanbul derbisini “Qalatasaray” qazanıb.

Günün digər matçında isə “Hatayspor” səfərdə “Kasımpaşa”nı 1:4 hesabı ilə darmadağın edib. “Alanyaspor” isə öz meydanında “Rizəspor”u 2:1 hesabı ilə üstələyib. Sonuncu çempion “Başakşəhər”də doğma divarlar arasında “Fatih Karagümrük”ə minimal hesabla uduzub.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 48 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan “Fənərbağça”, üçüncü pillədə isə onunla 45 xal toplayan “Beşiktaş” qərarlaşıb.

Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXIII turda “Gənclərbirliyi” istirahət edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“”Qarabağ inciləri” adı ilə təqdim olunan rəqs musiqisi Fikrət Əmirovun əsəri deyil” –

Sonrakı məqalə

“Heydər Əliyev haqqında olan bədii filmi Azərbaycanın ideologiya məmurları zay elədilər” –