Qalmaqallı “AstraZeneca” vaksininin adı dəyişdirildi

Avropanın bir çox ölkəsindəki vəziyyətlə əlaqədar yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə tətbiq edilən “AstraZeneca” vaksininin adı dəyişdirilib.

 “Lenta.ru”-nun verdiyi xəbərə görə, vaksinin bir çox ölkələrdə tətbiqinin dayandırılmasından sonra İsveç Tibbi Məhsullar Agentliyinin internet saytında onun adı dəyişdirilərək “Vaxzevria” edilib.

Məlumata görə, ad dəyişikliyi məhsulda hər hansı digər dəyişikliyi ehtiva etmir, bununla belə vaksinin loqosu və qablaşdırılması fərqli görünəcək.

Qeyd edək ki, vaksinin istifadəsinin məhdudlaşdırıldığı sonuncu ölkə Kanadadır. Qərara əsasən bu ölkədə yaşı 55-dən çox olan şəxslərdə onun tətbiqi dayandırılıb. Kanada ekspertlərinin fikrincə vaksin tətbiq edilən şəxslərdə 100 mində 1 tromboz müşahidə edilmə ehtimalı var. Bir sıra Avropa ölkəsində də vaksinin tətbiq edildiyi şəxslərdə tromboz müşahidə edilməsindən sonra istifadəsi dayandırılıb və ya qadağan edib. Vaksin istehsalçıları isə onun təhlükəsiz olmasında israr edirlər. Belə ki, istehsalçı şirkət 17 milyon nəfər üzərində aparılan araşdırmalara əsasən ağciyər emboliyası, dərin vena trombozu və trombositopeniyanın riskinin artmasının müşahidə edilmədiyini vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda diplomları tanınmayan xarici universitetlərin adları açıqlandı –

Sonrakı məqalə

Rusiya sülhməramlıları Xankəndi yolu ilə Kəlbəcərə 80 ton humanitar yük gətirib