Rusiya sülhməramlıları Xankəndi yolu ilə Kəlbəcərə 80 ton humanitar yük gətirib

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 15 yük avtomobilindən ibarət 80 ton humanitar yükün çatdırılmasını təmin edib.

Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə 15 hərbi avtomobildən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin sayca 11-ci karvanı 80 ton yükü Xankəndi-Suqovuşan-Kəlbəcər marşrutu ilə (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.

“Humanitar yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, – deyə Rusiya MN-in məlumatında qeyd olunub. Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə, yeddi avtomobil karvanı ilə təxminən 1600 tondan çox yük daşınıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir