Qanunsuz erməni silahlılarının tərksilah prosesi yekunlaşıb- XİN rəhbəri

30 illik işğal dövründən qalma qeyri-qanuni erməni silahlı qüvvələri Azərbaycan tərəfindən aparılan anti-terror tədbirləri nəticəsində bölgədən çıxarılıb, onların tərksilah prosesi yekunlaşıb.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov bu gün Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edərkən bildirib.

Qanunsuz erməni silahlı qüvvələrinin varlığına son qoyulmasının öz növbəsində həm Azərbaycan və Ermənistan arasında sülh prosesi, həm də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə reinteqrasiya prosesinin irəlilədilməsi üçün imkanlar yaratdığı, bu xüsusda, Azərbaycanın hər iki istiqamət üzrə səyləri gücləndirməkdə qərarlı olduğu diqqətə çatdırılıb.

Əvvəlki məqalə

Rusiyalı hakerlər Britaniya kral ailəsinin saytına hücum ediblər

Sonrakı məqalə

Ermənistan parlamenti Roma Statutunun ratifikasiyasına baxacaq