Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Qapının yanında həmişə “Quran” qoyurdum…Məscidə gedirdim” –

User 12 Noyabr 2022 - 13:10 (Last updated: 12 Mart 2026 - 00:02)
dasayev01

SSRİ yığma komandasının məşhur qapıçısı Rinat Dasayev “Matç TV”-yə 1986-cı ildə Meksikada dünya çempionatında başına gəlmiş hadisəni danışıb. 

Azpost.info-nun məlumatına görə, R.Dasayev deyib ki, çempionatın keçirildiyi Meksikada şərait pis deyildi. “Amma yemək özünəməxsus idi. Rus mətbəxindən istifadə etməyə cəhd edirdik. Amma yenə də yerli mətbəxin acı yeməklərəindən qaçmaq olmurdu. Mən meyvə yedim və allergiya tutdum. Oyunun başlanmasına bir gün qalmış xəstəxanaya apardılar. 12 saat iynə -sistemin altında yatdım”. 

Həmin çempionatda keçirilmiş SSRİ- Macarıstan oyunu barədə danışan Dasayev deyib ki, rəqibə qarşı meydanda pressinq etmək əsas hədəf kimi qoyulmuşdu: “Topu tez almaq və qol vurmaq. Belə də elədik. Macarların küncdən zərbə nəticəsində başla cəmi bir zərbəsi yadda qaldı.  Qalan oyun biizm diqtə altında keçdi. Bütün qollar gözəl vuruldu”.  

Həmin oyunda SSRİ Macarıstana 6 top vurmuşdu.  1986-cı il çempinatında SSRİ səkkizdə bir finala çıxa bilmişdi. Burada əlavə vaxtda Belçikaya məğlub olmuşdu.

Rinat Dasayev sovet futbolunun populyar adlarından sayılır. Özünün müxtəlif vaxtlarda verdiyi müsahibələrində maraqlı məsələlərə toxunub.

Dasayevin müsəlman valideynləri onu dini inanclarının ciddi ənənələri altında böyüdüblər. Qitə Xokkey Liqasının rəsmi saytına müsahibəsində Dasayev demişdi ki, uşaqlıqdan bəri inanclı insan olub və oyunlar zamanı həmişə “Quran” kitabını özü ilə götürüb.

Komanda yoldaşları, məşqçilərin ağlına da gəlmirdi ki, Rinatın ehtiyat əlcəkərinin olduğu çantada mollanın ona hədiyyə etdiyi “Quran” kitabını saxlayır.

Məşqçi Konstantin Beskov Dasayevin inancına hörmət edərək onu bayram günlərində məscidi ziyarət etməsinə icazə verirdi.

Amma məşhur idmançıların dini görüşlərini açıq nümayiş etdirməsi sovet vaxtı bəyənilmirdi. Bununla bağlı Dasayevin Dövlət Təhlükəsizliyi Komitəsinə də çağırıblar. Düzdür, idmançı töhmət və xəbərdarlıqla canını qurtara bilmişdi: “Sən başa düşməlisən ki, əgər Qərbdə qəzetlər bu barədə yazsalar böyük qalmaqal qopacaq. Düşmən radioları bunu bütün dünyaya yayacaq”-deyə DTK-nın zabiti ona demişdi.

“Ailəm inanclı idi. Mən özüm də uşaq vaxtından inanclı böyümüşəm. Evdə həmişə “Quran” olub. Həmişə mənə kömək olub. Komandada hamı bilirdi ki, mən məscidə gedirəm. Sovet vaxtında buna yaxşı baxmırdılar. Bir dəfə yüksək vəzifəli məmur mənə dedi: “Mənə məscidə getmək olar, sənə yox- Ona görə ki, sən hamının gözü qarşısındasan”-deyə əfsanəvi qapıçı deyib.

“O zaman çox şey eləmək olmazdı. Məsələn, məşq zamanı zarafat etmək olmazdı”-deyə Dasayev bildirib.

Cəzadan qurtulmasına qapıçıya ümumxalq məhəbbəti rolunu oynamışdı.

Rinat məscidə getməyə davam edirdi. Amma çalışırdı ki, adamların az olduğu zamana təsadüf etsin.

“Quran”ın olduğu çantasını isə İspaniyada oyunların birində oğurladılar. Qələbə qazandıqdan sonra bir -birini təbrik edən zaman Dasayevin qapıdan uzaqlaşması orada qoyduğu çantanın oğurlanması ilə nəticələnib. Ondan sonra Dasayev final fitinə qədər çantasını əlindən buraxmırdı.

Rinat Dasayev Avropa Çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc mükafatçısı, ikiqat SSRİ çempionu olub.

 

Açıqlamalarının birində Dasayev Bakı haqqında da danışıb: “Bakı çox sakit və yaxşı şəhərdir. Mən Bakıda olanda, küçələrində gəzəndə elə bir dəqiqə olmayıb ki, nəsə narahatlıq yaşayım. Yaxud məndə bir hiss yaransın ki, bura təhlükəli yerdir. Tam əksinə! Tam müdafiə və komfort hissi olurdu”.

Azpost.info

 

AzPost.az

Post navigation

Previous: Prezident bu məşhur idmançıları təltif etdi –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45
gules
  • İdman

Azərbaycanlı güləşçisi beşqat dünya çempionu oldu

User 25 Oktyabr 2026 - 19:02
ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.