Dünya Bankı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən 2026-cı ildə qara və əlvan metalların qiymətlərində rekord 19% artım proqnozlaşdırır.
Azpost.info bildirir ki, bu barədə təşkilatın əmtəə bazarının perspektivləri ilə bağlı yeni hesabatında deyilir.
Mütəxəssislər alüminium, mis və qalay qiymətlərinin bu il ən yüksək səviyyələrinə çatacağını təxmin edirlər.
Qiymətlərin 2027-ci ildə tədricən azalacağı, lakin rekord səviyyələrə yaxın qalacağı gözlənilir.