Qarabağ əlilləri Səhiyyə Nazirliyini etiraz aksiyası ilə hədələdi:“Bəsdirin! Belə biabırçılıq olmaz!”

 “Akademik M.A.Topçubaşov Adına Elmi Cərrahiyyə Mərkəzində (Eksprementalni) 4 aya yaxındır ki, angioqrafiya və digər bu tipli aparatlar işləmədiyinə görə xəstələrimiz – Qarabağ əlillərinin, şəhid ailələrinin, veteranların əməliyyat üçün müraciətimiz cavabsız qalır və bu da ürək və digər damar əməliyyatlarının keçirilməsini mümkünsüz edir”.

Azpost.info bildirir ki, bununla bağlı Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Qaziler.az-a deyib.

O, bildirib ki, mərkəzdə əməliyyat olunmaq üçün gözləyən xeyli sayda Qarabağ əlilləri var: “Biz mərkəzlə əlaqə saxladıq. Dedilər ki, hələlik aparatlar nasaz vəziyyətdə qalır. Bu isə o deməkdir ki, əməliyyat üçün növbədə olan Qarabağ əlilləri, şəhid ailələri, veteranlarının həyatı təhlükədədir. Axı ağır vəziyyətdə olan insanlarımız var ki, təcili əməliyyat olunmalıdır, lakin aparatlar işləmədiyinə görə onların həyatları risk altındadır. Aldığımız qeyri-dəqiq məlumata görə, bu səbəbdən hətta həyatını itirənlər var. Elmi Cərrahiyyə Mərkəzindən, onun rəhbərliyindən və kollektivindən narazı deyilik, onlarla problemimiz olmayıb. Amma belə də olmaz axı! Biz Səhiyyə nazirinə müraciət edirik: Bəsdirin! Belə özbaşınalıq, biabırçılıq olmaz! Təcili tədbir görülsün, nasaz avadanlıq təmir edilsin! Yaxın günlərdə problem həll olunmasa Qarabağ qaziləri əvvəlcə Səhiyyə nazirliyinin, sonra isə Səhiyyə naziri Oktay Şirəliyevin evinin qarşısında etiraz aksiyası keçirəcək. Bununla bağlı artıq bir neçə təşkilatda müzakirələr gedir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Fotoxronika”- 1945-ci il:

Sonrakı məqalə

Milli Məclis qalmaqallı qanun layihəsini müzakirəyə çıxarır –