“Qarabağ” AEL-ə qalib gəldi, avrokubokların pley-offuna yüksəldi

13 Avqust 2021 - 00:09

“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Kiprdə heç-heçə oynadığı (1:1) AEL-i sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyi matçın sonlarında həll olunub.

Hakimin final fitinə 3 dəqiqə qalmış fərqlənən yeni transfer Kadi Borqes “Qarabağ”a çətin qələbə qazandırıb. Bu, ağdamlıları ardıcıl 9-cu dəfə avrokubokların pley-offuna daşıyıb.

Qeyd edək ki, pley-off mərhələsinə gələn həftə start veriləcək. “Qarabağ” “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Avqustun 19-dakı matç Bakıda, ayın 26-dakı görüş səfərdə keçiriləcək.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
12 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – AEL (Kipr) – 1:0
Qol: 
Kadi Borqes, 87
Baş hakim: Kristo Tohver (Estoniya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Panadero Zamora, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

AEL: 1. Vozinya (k), 4. Andre Teyşeyra, 44. Kire Ristevski, 27. Robert Mazan, 13. Bruno Santos, 6. Slobodan Medoyeviç, 8. Davor Zdravkovski, 20. Sito Riera, 12. Stefan Skepoviç, 16. Manuel Torres, 17. Euller
Ehtiyat oyunçular: 30. Antreas Keravnos, 98. Panaqiotis Kiriakou, 5. Tiyn Daverveld, 10. Franko Mazurek, 11. Alastair Reynolds, 15. Stilianos Panteli, 23. Vasilios Papafotis, 28. Kostas Soteriu, 50. Andriya Maydevaç, 73. Brayan Pele, 77. Matko Babiç
Baş məşqçi: Duşan Kerkez
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 1:1