“Qarabağ erməniləri Bakıya dəvəti qəbul etsələr…” –ŞƏRH

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Məsələni Azpost.info-ya şərh edən Azərbaycan Yüksəliş Partiyasının (Ay Partiya) siyasi məsələlər üzrə başqan müavini Rəşad Bakuvi hesab edir ki, rəsmi Bakının bu dəvəti kifayət qədər uğrulu addımdır.

Rəşad Bakuvinin fikrincə, ermənilər dəvəti qəbul etsələr, deməli, reinteqrasiya prosesinə isti yanaşdıqlarını nümayiş etdirmiş olacaqlar ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Digər tərəfdən, Bakı bu addımı ilə dünyaya və prosesdə vasitəçilik etmək istəyən qüvvələrə Qarabağın Azərbaycanın daxili işi olduğu barədə aydın mesaj verir.

“Görüşün, üçüncü tərəfin, yəni, heç bir vasitəçinin iştirakı olmadan keçirilməsi Bakının təşəbbüsü ələ alması, Qarabağda yaşayan ermənilərin də Azərbaycan vətəndaşları olduqları və onların problemlərinin ölkə qanunları çərçivəsində həllinə nail olunması kifayət qədər aydın mesajdır ki, problemlər yalnız bu formada həllini tapa bilər”, – deyə AY Partiya yetkilisi vurğulayıb.

Rəşad Bakuvinin fikrincə, erməni tərəfinin görüşdən imtina etməsi isə onların dayanıqlı sülhün bərqərar olunamsında maraqlı olmadıqlarını göstərəcək. “Bu halda Azərbaycan hem nədən çəkinməməli, dünyaya bəyan etməlidir ki, ermənilərin sülh barədə dedikləri sadəcə riyakarlıqdır. Bakının xoşməramlı təklifini qəbul etməməyə başqa cür qiymət vermək mümkün deyil”, – deyə Bakuvi vurğulayıb.

Abbas

Əvvəlki məqalə

Bəzi magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Sonrakı məqalə

Azərbaycanın “Avroviziya”dakı mahnısı yayımlanıb –