“Qarabağ məsələsinin həlli bir günün işi deyil” –

LAVROV
01 Sentyabr 2021 - 14:16

“Qarabağ məsələsinin həlli ilə şəxsən Rusiya, Azərbaycan və Ermənistan liderləri məşğul olurlar. Bu, bir günün işi deyil”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Münasibətlər İnstitutunda (MQİMO) görüş zamanı deyib.

Lavrov Moskvanın 2020-ci ilin noyabrında atəşkəsin yaranmasında həlledici rol oynadığını bildirib.

“Rusiya, Ermənistan və Azərbaycan liderləri tərəfindən 9 noyabr və 11 yanvarda əldə edilmiş sazişlər var. Bu bir günlük iş deyil, bununla hər üç dövlətin liderləri, həmçinin Rusiya sülhməramlı qüvvələrinin kontingenti məşğul olurlar. Onlar gərginliyin azaldılması və etimadın yaradılması üçün fəaliyyət göstərirlər”.

Lavrov bildirib ki, rus sərhədçiləri də erməni müttəfiqlərinə azərbaycanlı qonşularla məsələlərin həllində kömək edirlər.

Lavrov İrəvan və Moskva arasında münasibətlərin yaxşı olduğunu vurğulayıb. “Ermənistan bizim müttəfiqmizdir. İkitərəfli əlaqələr zəmnində hər şey intensiv və əmin şəkildə gedir”.