“Qarabağ” məşqləri bərpa etdi –

FOTO
01 İyun 2020 - 20:39

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən, “Qarabağ” bu gündən məşqləri bərpa edib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bazasında baş tutan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib.

Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.

Qeyd edək ki, “Qarabağ”da futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.