“Naxçıvan istiqamətində heç bir texnikamız vurulmayıb” –Nazirlik düşmənin yaydığı videonu təkzib etdi (AÇIQLAMA)

Bu gün sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan qoşunları arasında təmas xəttinin Naxçıvan istiqamətində “hərbi texnikanın vurulması” barədə videokadrlar yayılıb.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mayın 31-də Azərbaycan ordusunun hərbi texnikasına zərbə endirib və bu, faktiki olaraq bir neçə gün əvvəl həmin istiqamətdə Ermənistan ordusunun batalyon komandirinin maşınının vurulmasına cavabdır.

Məsələ ilə bağlı haqqın.az Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə müraciət edib. Oradan bildiriblər ki, həmin informasiya yalandır. Azərbaycan ordusunun mayın 31-də Naxçıvan istiqamətində heç bir texnikası vurulmayıb: “Tam əminliklə bəyan edirik ki, həmin kadrlarda əks olunan texnika bizə məxsus deyil, burası tam dəqiqdir”,-nazirlikdən deyiblər.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan KİV-ləri Azərbaycan ordusunun Naxçıvan istiqamətində 2018-ci ildə möhkəmləndiyi Qızılqaya yüksəkliyindən Ermənistanın  Arni kəndi yaxınlığında batalyon komandirinin mövqelərə doğru hərəkət edən “Nissan” markalı cipinin vurulduğunu bildirirdi. Orada deyilirdi ki, batalyon komandiri zərər çəkməyib, amma maşını yanıb. O da deyilirdi ki, aprel ayında da Ermənistan ordusunun texnikası həmin mövqelərdən vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ” məşqləri bərpa etdi –

Sonrakı məqalə

Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçib