“Qarabağ müharibəsi region üçün çətin çağırış idi. İnanıram ki, bu çağırış yeni fürsətlərə çevriləcək”.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu fürsətlər Ermənistana və onun xalqına firavanlıq gətirə bilər.
Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi-iqtisadi stabilliyi regionun stabilliyi ilə əlaqəlidir.