Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Qol.az xəbər verir ki, ötən günün ilk matçında “Sumqayıt” “Səbail”in qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 1:0. Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:1.
12 sentyabr
Azərbaycan Premyer Liqası, 3-cü tur
20:30. “Neftçi” – “Qarabağ” – 1:2
Qol: Vadji İbrahima, 21 (0:1), 45 (0:2), Emin Mahmudov, 46 (1:2)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
“Bakcell Arena”.
18:00. “Səbail” – “Sumqayıt” – 1:0
Qol: Cabir Əmirli, 64
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
“ASCO Arena”.