Qarabağ müharibəsinin iştirakçısı olan bir qrup veteran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.
Azpost.info bildirir ki, onlar ağır xəstə olan döyüş yoldaşları Taleh Kərimova kömək etməyi xahiş edirlər.
Müraciətdə deyilir: “Qarabağ döyüşlərində misilsiz xidmətləri olan qazi Taleh Kərimov ölüm ayağındadır. Dövlət bu məsələni üzərinə götürməsə daha bir qazimiz həyatını vaxtsız itirəcək. Mehriban xanım, sizdən xahiş edirik köməyinizi əsirgəməyəsiniz”.