“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

09 İyun 2020 - 22:17

Premyer Liqaya hazırlıqlarını davam etdirən “Qarabağ”  bu gün “Sabah”la yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki,  “Sabah”ın meydanında keçirilən görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:0

Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra ilk matç olub.

Qeyd edək ki, “Qarabağ”ın iyunun 14-ü “Səbail”lə yoxlama oyunu planlaşdırılıb.

9 iyun

Yoxlama oyunu

“Sabah” – “Qarabağ” – 0:5
Qollar:
 Mahir Emreli, 3, Xayme Romero, 14, Filip Ozobiç, 36, Mahir Emreli, 65, Ovusu Kvabena, 90