“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi
Premyer Liqaya hazırlıqlarını davam etdirən “Qarabağ” bu gün “Sabah”la yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, “Sabah”ın meydanında keçirilən görüş Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 5:0
Bu, koronavirus səbəbindən yaranan fasilədən sonra ilk matç olub.
Qeyd edək ki, “Qarabağ”ın iyunun 14-ü “Səbail”lə yoxlama oyunu planlaşdırılıb.
9 iyun
Yoxlama oyunu
“Sabah” – “Qarabağ” – 0:5
Qollar: Mahir Emreli, 3, Xayme Romero, 14, Filip Ozobiç, 36, Mahir Emreli, 65, Ovusu Kvabena, 90
