Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan Rusiyaya gizli səfər edib –

FOTO
25 Noyabr 2020 - 14:38

Noyabrın 24-də səhər tezdən Moskvanın Vnukovo aeroportunun özəl təyyarələr terminalında Qarabağ separatçılarının lideri Araik Arutyunyan görülüb.

Onunla birlikdə KTMT-nin qərargah rəisiin müavini Aykaz Baqmanyan da olub, o, Arutyunyanla birlikdə özəl təyyarə ilə Ermənistana qayıdıb. Bu barədə bu gün Ermənistanın Mediaport Telegram kanalı məlumat yayıb.

NEWS.am saytının məlumatına görə, Araik Arutyunyan gizlincə RF-yə gedib, burada öz gələcəyi məsələsini həll edib. Məsələ ondadır ki, Nikol Paşinyan separatçıların silahlı qüvvələrinin keçmiş komandanı Samvel Babayanı Qarabağın lideri təyin etmək qərarına gəlib.