“Qarabağ” və AEL klublarının start heyətləri açıqlanıb –

UEFA Konfrans Liqası
12 Avqust 2021 - 19:24

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununu keçirəcək.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandasını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı estoniyalı baş hakim Kristo Tover idarə edəcək.

Artıq komandaların start heyətləri açıqlanıb.

Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Maksim Medvedev (k), Patrik Andrade, Abdullah Zubir, Xayme Romero, Filip Ozobiç, Toral Bayramov, Abbas Hüseynov, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

AEL-in heyətində isə meydana Vozinya, Andrey Teyşeyra, Slobodan Medoyeviç, Davor Zdravkovski, Stefan Sçepoviç, Bruno Santos, Manuel Torres, Euller Silva, Sito Riera, Robert Mazan və Kire Ristevski çıxacaqlar.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-off mərhələsində “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.