“Qarabağ” və “Neftçi”nin hər iki matçının vaxtı açıqlanıb

13 Avqust 2021 - 10:03

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki hər iki oyununun başlama saatı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hər iki təmsilçimiz əvvəlcə rəqiblərini Bakıda qəbul edəcək.

Avqustun 19-da öncə “Qarabağ” meydana çıxacaq. Ağdam təmsilçisi saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda “Aberdin”i qəbul edəcək. Bundan bir saat sonra isə Hayfa “Makkabi”si “Bakcell Arena”da “Neftçi”nin qonağı olacaq.

Təmsilçilərimiz avqustun 26-da cavab qarşılaşmalarını səfərdə keçirəcək. Bu dəfə ilk olaraq “Neftçi” mübarizəyə başlayacaq. Azərbaycan çempionu Bakı vaxtı ilə saat 21:00-da Hayfadakı “Sammi Ofer” stadionunda “Makkabi”nin qonağı olacaq. 22:45-də isə “Pittodrie” stadionunda “Aberdin” – “Qarabağ” matçı baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıbsa (1:1, 1:0), “Neftçi” Avropa Liqasının III təsnifat mərhələsində HİK-ə yenilərək (2:2, 0:3) Konfrans Liqasına yuvarlanıb.