Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları ilə bağlı layihə start götürüb

User 14 İyul 2025 - 07:30 (Last updated: 14 İyul 2025 - 11:11)
dav01

“Davamlı İnkişafa Doğru” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişaf perspektivləri” adlı layihənin icrasına başlamışdır.

Layihə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin sosial-iqtisadi inkişafı, bərpası və dayanıqlı gələcəyi ilə bağlı əhalinin, xüsusilə sahibkarlıq subyektlərinin maarifləndirilməsi və onların bilik və bacarıqlarının artırılmasına xidmət edir.

Layihənin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının mövcud potensialını, dövlətin həyata keçirdiyi strateji layihələri və bu bölgələrin bərpa və inkişafında vətəndaş cəmiyyətinin rolunu geniş ictimaiyyətə çatdırmaqdır. Bu məqsədlə bölgədə müxtəlif araşdırmalar, təlimlər, maarifləndirici tədbirlər, yerli və mərkəzi ekspertlərin iştirakı ilə ictimai müzakirələr və media resursları vasitəsilə geniş məlumatlandırma fəaliyyəti həyata keçiriləcək.

Layihə çərçivəsində aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur:

  • Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi potensialının təhlili;
  • Regionlarda mövcud və planlaşdırılan infrastruktur layihələrinin ictimaiyyətə tanıdılması;
  • Layihənin davamlılığını təmin etmək üçün “Öz Biznesini qur” adlı internet səhifənin yaradılması,
  • 5 nəfər sahibkara quracaqları biznesə marketinq dəstəyinin (loqoların hazırlanması, sosial media hesablarının qurulması) göstərilməsi
  • 3 nəfər seçilmiş sahibkarın dövlət tərəfindən keçiriləcək sərgi-satış yarmarkalarında iştirakının təmin edilməsi
  • Seçilmiş sahibkarlara a) “Biznes quruculuğu, Biznes Planın hazırlanması, Biznes strategiyalar və Marketinq strategiyaları” və b) “Biznesdə Strateji və Rəqəmsal Marketinq: SMM” mövzularında təlimlərin həyata keçirilməsi
  • Media və sosial şəbəkələrdə maarifləndirici materialların paylaşılması;
  • Vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi və töhfələrinin stimullaşdırılması.

“Davamlı İnkişafa Doğru” İctimai Birliyinin sədri layihə barədə bildirib: “Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu layihə vasitəsilə biz həm ictimai məlumatlılığı artırmaq, həm də regionun bərpası prosesinə vətəndaş cəmiyyətinin fəal iştirakını təmin etməyə çalışırıq.”

Layihənin icrası 2025-ci il 30 sentyabr tarixinədək davam edəcək və ölkənin sosial-iqtisadi inkişafına töhfə verəcək önəmli nəticələrin əldə olunması gözlənilir.

AzPost.az

Post navigation

Previous: QHT-nin təşəbbüsü ilə “Yerli şirkətlərin tanıtım sərgisi”ndə iştirakı təmin edilib
Next: Bakıda “Taxta bazarı”nda yanğın baş verib

Oxşar xəbərlər

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
Azərbaycanda vəkillərin
  • Sosial

Bu il 6 vəkil Kollegiyadan xaric olunub, 27 nəfər cərimələnib

User 18 Noyabr 2026 - 18:00

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.