Qarabağ və Şərqi Zəngəzurda torpaqların əzəli sahibləri doğma yurdlarına qayıdırlar- Prezident

Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır.

Bu, Prezident İlham Əliyevin 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində əksini tapıb.

“Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar. Həmin ərazilərdə uğurla icra edilən quruculuq-bərpa və reinteqrasiya işləri dövlət və özəl sektor arasında faydalı əməkdaşlıq və inkişaf nümunəsinə çevrilir”, – dövlət başçısı qeyd edib.

Əvvəlki məqalə

“OĞUL” –

Sonrakı məqalə

“Fələstin-İsrail münaqişəsinə yeni oyunçular cəlb oluna bilər”