Qarabağa dair Türkiyə-Rusiya müzakirələrinin bugünkü hissəsi başa çatdı

14 Noyabr 2020 - 14:24

Türkiyə və Rusiya hərbi heyətləri arasında Qarabağda atəşkəsdən sonrakı vəziyyəti tənzimləyəcək fəaliyyətlər və İdlib başda olmaqla, Suriya ilə bağlı Ankarada keçirilən texniki müzakirələrin bugünkü hissəsi başa çatıb.

Türkiyə Milli Müdafiə nazirliyi xəbər verir ki, müzakirələr noyabrın 15-də davam etdiriləcək.