Qarabağda 3330 erməni hərbçisi öldürülüb –Ermənistan Səhiyyə Nazirliyi son rəqəmləri açıqladı

Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan 27 sentyabr – 9 noyabr tarixlərində Qarabağda hərbi əməliyat zamanı 3330 erməni hərbçisinin  öldüyünü təsdiqləyib.

“1 yanvar tarixindən etibarən Qarabağda öldürülənlərin 3330 cəsədinin məhkəmə tibbi ekspertizası aparılıb. Müharibə başlayandan bəri cəsədlərin şəxsiyyəti və şəxsiyyəti müəyyənləşdirilməsi üçün 1441 nümunə, ölənlərin cəsədləri və qalıqları arasından 871 nümunə götürülüb”, – Nikoqosyan Facebook-da yazıb.

Onun sözlərinə görə, son 10 gündə 436 cəsəddin 66-sı artıq tanınıb. “Ədliyyə Nazirliyinin Tibbi Elmi və Praktik Mərkəzinin mütəxəssisləri ölülərin cəsədlərini araşdırmağa və tanınmaya davam edirlər” – deyə Nikoqosyan vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Növbəti üç günün hava proqnozu açıqlanıb

Sonrakı məqalə

Teymur Rəcəbov Levon Aronyanla matçda tez-tez gözünü yummasına aydınlıq gətirib