Teymur Rəcəbov Levon Aronyanla matçda tez-tez gözünü yummasına aydınlıq gətirib

“Matç ağır oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə qalib gələn Teymur ardıcıl 3 heç-heçədən sonra 4-cü partiyada qələbə qazanıb. O, 3-cü görüşdəki çətinliyini gizlətməyib: “Bütün bu oyunlar çox gərgin keçir. 3-cü partiyada mən ağ fiqurlarla demək olar ki, düzgün oynamamışdım”.

Teymur oyun zamanı tez-tez gözünü yumması ilə bağlı suala da aydınlıq gətirib: “Gedişləri hesablayarkən şahmat lövhəsini görməyi sevmirəm”.

Erməni şahmatçı da qarşılaşma barədə danışıb: “Əlbəttə, mən çox məyusam. Oyuna hazırlıq prosesində səhvə yol vermişdim”.

Aronyan finalın sabah keçiriləcək ikinci matçına ümidli olduğunu gizlətməyib: “Daha yaxşı oynamağa çalışacağam. Şansımı qaçırmaq istəmirəm. Planım belədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda 3330 erməni hərbçisi öldürülüb –

Sonrakı məqalə

Türkiyədə son sutkada koronavirusdan 202 nəfər vəfat edib