Qarabağda atəşkəs pozulmayıb, sülhməramlılara qarşı təxribat olmayıb –Rusiya Müdafiə Nazirliyi

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda tərəflər arasındakı atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasının təmin edilməsini davam etdirir”.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) saytında məlumat verilib.

Bildirilib ki, ötən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər olmayıb.

“Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına əməl olunmasına nəzarət etməklə yanaşı, marşrut xətti boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Ərazinin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin təhlükəsizliyi təmin olunur”, – deyə müşahidə postunun komandiri Sergey İvanov vurğulayıb.

Rusiya Müdafiə Nazirliyindən onu da bildiriblər ki, sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti pozuntuların və mümkün hücumların qarşısını almaq üçün təlimlər keçir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir