“Qarabağda döyüşlər gedərkən Rusiyanın qoşunlarını ora yeritmək hüququ yox idi” –

KREML
13 Noyabr 2020 - 13:06

Qarabağda döyüşlər gedərkən Rusiyanın öz qoşunlarını ora yeritmək hüququ yox idi.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya münaqişə tərəflərinin razılığını alandan sonra sülhməramlılarını yeritmək hüququ əldə edib: “Sadəcə qoşun yeritmək, özü də hara, Qarabağa? Beynəlxalq qanunlara görə Rusiyanın buna haqqı olmayıb. Biz sülhməramlı qoşunları yeritmək hüququnu münaqişə tərəflərinin razılığını alandan sonra əldə etdik”. Peskov ölkəsinin BMT Təhlükəsizlik Şurasının (TŞ) bütün müvafiq qətnamələrinə sadiq ölkə olaraq qaldığını qeyd edib. (APA)