“Qarabağda məğlubiyyətin məsuliyyətini Paşinyan daşımır” –Ter-Petrosyan Koçaryanı və Sərkisyanı darmadağın etdi

“Qarabağda 44 günlük müharibədə məğlubiyyətin məsuliyyətini təkcə Paşinyan daşımır”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan iLrur.am saytında verilmiş bəyanatında bildirib.

Ter-Petrosyan Paşinyanın sələflərini bu məğlubiyyətin baş verməsində ittiham edib. Söhbət bir neçə ay əvvəl yaradılmış və Paşinyanı devirməyi məqsəd elan edən “Vətənin xilası naminə Hərəkat”dan gedir.

Eks-prezident bildirir ki, Paşinyanın əleydarları onu məğlubiyyətdə günahlandırır: “Onlar həqiqəti yarımçıq səsləndirirlər. Müxalifət etiraf etmək istəmir ki, Paşinyan onlaran vaxtilə yürütdüyü siyasətinin ərsəyə gətirdiyi övladıdır”.

Ter-Petrosaynın sözlərinə görə, 1997-ci ildən başlayaraq Erməni Milli Konqresindən başqa Ermənistanın bütün siyasi qüvvələri  ardıcıl olaraq Qarabağ probleminin həlli üçün lazım olan cəhdlərin qarşını almaq, dağıtmaqla məşğul olublar: “Bu qüvvələr Qarabağın status-kvo-sunu saxlamaq xəttini götürərərək bütün kompromis variantlardan imtina etdilər. Nəticədə ölkəni belə fəlakətə saldılar. İndi də buna görə Paşinyanı ittiham edirlər”. 

“Erməni xalqına gəlincə, onun adından çıxış edən qüvvələr onlar üçün pis vəziyyət yarananda xalqı biganəlikdə və hörmətsizlikdə ittiham edirlər. Birdəfəlik anlamaq lazımdır-Xalqın sizin yaratdığınız bu fəlakətdə heç bir günahı yoxdur. Məhz sizin üzünüzdən xalq bu fəlakətin daşıyıcısına çevrilib”-deyə eks prezident vurğulayıb.

Ter-Petrosyan təəssüflə yazıb ki, Ermənistanda və erməni diasporu məğlubiyyətdən heç bir nəticə çıxarmayıb. Müharibədən sonrakı ritorika yenə xarici dünyadan boş, mənasız gözləntilərlə doludur. Onun sözlərinə görə, seçki kampaniyası zamanı bu daha da güclənəcək. “Bu isə o deməkdir ki, erməni xalqını yenə itkilər və məyusluq gözləyir”.

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistanın dinc əhaliyə vurduğu ziyanın ödənilməsinə 10,2 milyon manat xərclənib

Sonrakı məqalə

Bakı kəndlərində üç uşağı ilan sancıb